Xəzər Xəbər

Xaricdə təhsil alanların diplomu necə təsdiqlənir? VİDEO

Xaricdə təhsil almış 70 nəfərin diplomu tanınmadı
Veb TV | 20:16 • 6 Mart 2021
Xaricdə təhsil alanların diplomu necə təsdiqlənir?

Fevral ayı üçün təhsil sənədlərinin tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə keyfiyyət təminatı agentliyindən bildirilib ki, xaricdə oxuyub gələn 70 nəfərin diplomu tanınmayıb. Buna səbəb nə olub? Təhsil ekspertləri verilən mənfi rəyi düzgün hesab edirlərmi?

Xaricdə oxuyub gələn 70 nəfərin diplomu Azərbaycanda tanınmayıb. Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Nicat Əsədli deyib. Onun sözlərinə görə, ötən ay ortalama baxılan 274 müraciətin 204-ü barəsində müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. Amma 70 müraciətə mənfi cavab verilib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomun tanınmaması ziddiyyət təşkil edir. Ekspertin sözlərinə görə, xüsusən də oğlan tələbələr xaricdə unversitetə daxil olarkən, ali məktəbdən sənəd alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinə təqdim edir və 4 il oxuyacağı müddətdə ona möhlət hüququ verilir. Yəni bu, o deməkdir ki, dövlətin bir qurumu eyni xarici ali məktəbin verdiyi sənədi tanıyır, digəri tanımır. Kamran Əsədov xaricdə oxuyub gələn məzunların bu cür hallarla qarşılaşmaması üçün maraqlı təklif edir.

Qeyd edək ki, diplomun tanınması ilə bağlı müraciət edənlərin çoxu Rusiya, Ukrayna, Türkiyə və Gürcüstanda oxuyub gələnlər olub. Elə diplomları tanınmayan ali məktəblər arasında bu ölkələrin universitetləri də var.

 

 

Xəbər lenti