Xəzər Xəbər

Azərbaycanda unikal ixtira - Bu qurğu kənd təsərrüfatı işlərini insan əməyi olmadan icra edir VİDEO

Veb TV | 20:09 • 6 Mart 2021
Azərbaycanda unikal ixtira - Bu qurğu kənd təsərrüfatı işlərini insan əməyi olmadan icra edir

Azərbaycanda kənd təsərrüfatı işlərini insan əməyi olmadan həyata keçirən ağıllı qurğu ixtira olunub. Yanacağsız işləyən avadanlıq bir neçə xüsusiyyətə malikdir. Qurğunu proqram əsasında telefonla da idarə etmək mümkündür. Eko-aqro-kombayn adlanan  texnika sınaqdan da keçirilib.

Azərbaycanlı mühəndis elektro-mexanik günəş enerjisi ilə qidalanan eko-aqro-kombayn ixtira edib.

Ağıllı texnikanı ixtira edən Tahir Cəfərov deyir ki, kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan avadanlıq insan əməyi olmadan bir neçə işi görmə qabiliyyətinə malikdir. Yanacaqsız işləyən texnika sinaqdan da uğurla keçib.

Qurğunun aşağı oturacağında 2 universal arabacıq yerləşdirilib. Bu arabacıqlara şumlamaq üçün diskvarı kotan, dırmıq və səpin aqreqatoru qoşmaq mümkündür.4 D sistemində işləyən qurğu əməliyyatları hava şəraitinə uyğun qərar qəbul edərək  həyata keçirir. Tahir Cəfərovun sözlərinə görə avadanlıqdan işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün rahat şəkildə istifadə etmək olar.

Qurğunu mərkəzi portaldan sinxron idarə etmək də mümkündür.

Qurğunun patentini almağa hazırlaşan Tahir Cəfərov bildirdi ki, avadnlığın “Made in Azerbaijan” brendi adı altında xarici ölkələrə də ixracı istisna deyil.

Xəbər lenti