Xəzər Xəbər

Şəhid ailələrinə evləri Poladın anası təqdim etdi VİDEO

Veb TV | 20:36 • 4 Mart 2021
Şəhid ailələrinə evləri Poladın anası təqdim etdi

Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Bu gün Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində belə ailələrə daha 30 mənzil təqdim olunub. Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə verilib. Mənzillərin çıxarışlarını  şəhid General-Mayor Polad Həşimovun anası təqdim edib. 

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzil verildi.

Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə  əlillərinə mənzillər təqdim olunub.

Mənzillərin çıxarışlarını şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova təqdim edib. O, şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, yeni mənzillərlə təmin olunanlara firavan həyat arzulayıb.

Evlə təmin olunanların 18-i Qarabağ müharibəsi əlili, 12-i şəhid ailəsidir.

Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov bildirib ki,  şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. 

Bu gün təqdim olunan 11 mənzil 3 otaqlı, 15 mənzil 2 otaqlı, 4 mənzil isə 1 otaqlıdır.

Xəbər lenti