Xəzər Xəbər

20-dən artıq şəxsin bankomat kartından oğurluq edən şəxs tutulub video

Veb TV | 19:33 • 1 Mart 2021
20-dən artıq şəxsin bankomat kartından oğurluq edən şəxs tutulub

Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə kart sahibi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.

Suraxanı RPİ-nin 31-ci PB əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti