Xəzər Xəbər

Avtomobilini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq video

Veb TV | 19:59 • 1 Mart 2021
Avtomobilini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı sürücülərə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində çəkiliş apardığımız zaman müəyyən etdik ki, sürücülərin çoxu prosesi son günə saxlayırlar.

Yağışlı havalar istisna olmaqla texniki baxışa təqdim edilən avtomobil mümkün qədər təmiz olmalıdır.

Texniki Müayinə Mərkəzinin əməkdaşı Elgiz Teymurov qeyd edib ki, bəzi sürücülər prosesdən yayınmaq üçün texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər.

Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti