Xəzər Xəbər

Polis bir neçə rayonda əməliyyat keçirib, tutulanlar var video

Veb TV | 19:47 • 1 Mart 2021
Polis bir neçə rayonda əməliyyat keçirib, tutulanlar var

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam edir.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanıb. Polis Şöbəsində onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilərək götürülüb. Saxlanan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.

Rahil Zamanov isə istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.

Namaz  Həsənov narkotik vasitəni işlədiyi fermanın yaxınlığında özünün yetişdirdiyini etiraf edib. Polis əməkdaşları sözügedən əraziyə baxış keçiriblər və orada ağ rəngli politetilen torbada, təmiz çəkisi 3 kq 490 qram olan qurudulmuş marixuana və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib. Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanan şəxslər barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Cəlilabadda da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qafarov saxlanıb. Üzərinə baxış keçirilərkən ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, o, narkotik vasitəni rayon sakini əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı imiş. Sonuncu şəxs də polis əməkdaşları tərəfindən saxlanıb. Mirelnur Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, "Makarov" markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.

Sabunçu rayonunda da narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib. 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən 4 qrama yaxın heroin və psixotrop maddə, həmçinin 1 ədəd elektron tərəzi  aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Mahmudovun yaşadığı evdə satış məqsədilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb. Saxlanan şəxs barəsində cinayət işi başlanıb və o, tutularaq istintaqa cəlb olunub.

Faktlarla bağlı araşdırma aparılır                   

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti