Xəzər Xəbər

Gürcü jurnalistlər erməni vandalizmi ilə tanış oldular VİDEO

Veb TV | 21:55 • 28 Fevral 2021
Gürcü jurnalistlər erməni vandalizmi ilə tanış oldular

Xarici İşlər Nazirliyinin və Azərbaycanın  Gürcüstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib. Fevralın 27-dən başlayan səfər martın 1-dək davam edəcək.

Bu gün Gürcüstanın "Pirveli TV", "Mtavari Arkhi", "Imedi TV", "POS TV" kanallarının jurnalistləri ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Səfər Azərbaycanın Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibində olan jurnalistlər və ekspertlərin fikirləri bu olub ki, 30 il ərzində işğal altında qalmış ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib.

Gürcü jurnalistlər və ekspertlər  Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlara da səfər edəcək, işğalçı Ermənistanın törətdiyi dağıntıların, vandallığın şahidi olub, çəkilişlər aparacaqlar.

Xəbər lenti