Xəzər Xəbər

Yunan jurnalist Azərbaycan Prezidentinin mətbuat konfransından reportaj hazırladı VİDEO

Veb TV | 20:48 • 28 Fevral 2021
Yunan jurnalist Azərbaycan Prezidentinin mətbuat konfransından reportaj hazırladı

Prezident İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb. Yunanıstanın real.gr xəbər portalı prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından geniş reportaj hazırlayıb. Reportajda dövlət başçısının çıxışları şərh olunub, bölgədə sülhün təmin olunması istiqamətində onun fikirlərindən sitatlar gətirilib. Rusiyanın "Nyus Front" agentliyi də prezident İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransından veriliş hazırlayıb.

Yunanıstanın "real.gr" xəbər portalının müxbiri Vana Stellou Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri qarşısında keçirdiyi mətbuat konfransından reportaj hazırlayıb.  

Mətbuat konfransında iştirak edən yunan müxbir əvvəlcə Ağdam rayonu barədə məlumat verərək buranı tarixi şəhər adlandırıb, dövlət başçısının tezliklə şəhərin abadlaşdırılacağı və məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdacağı ilə bağlı nitqindən bəhs edib. Vana Stellou daha sonra Prezident İlham Əliyevin Ermənistanda baş verən hadisələrin bölgə ölkələrini də narahat etdiyi ilə bağlı fikirlərindən bəhs edib. Jurnalist prezidentdən sitat gətirərək vurğulayıb ki, bu gün Ermənistan çətin vəziyyətdədir və bütün bunlara görə ölkənin həm əvvəlki, həm də hazırki rəhbərliyi məsuliyyət daşıyır. ''Ermənistandakı mövcud siyasi böhran işğal siyasətinin nəticəsidir. Mən onlara dedim ki, torpaqlarımızı işğal etməyi dayandırın. Bizi vaxtında dinləsəydilər, indi belə pis vəziyyətdə qalmazdılar" - deyə Stellou Dövlət başçısının nitqinə yer ayırıb. 

Rusiyanın Nyus front agentliyi isə Prezident İlham Əliyevin geniş mətbuat konfransından veriliş hazırlayıb. Proqramda qonaq olan Siyasi ekspert Aleksandr Artomonov Dövlət başçımızın 4 saatdan çox davam edən konfransda jurnalistlərin suallarını 4 dildə cavablandırmasını yüksək qiymətləndirib. O həmçinin bildirib ki, mətbuat konfransında Azərbaycan Prezidenti bögədə sülhün bərqərar olmasında maraqlı olduğunu bir daha göstərdi. "Xocalıda törədilən qətliamın qisasını etnik qırğınlar törətmədən aldıq. İndi bizim üçün əsas məsələ bölgədə sülhün təmin olunmasıdır", - deyə Artomonov Prezidentin çıxışından sitat gətirib.

Dövlət baçısının fikirləri Türkiyənin 10-larla media qurumunda müxtəlif sərlövhələrlə təqdim edilib. Habelə Rusiya kivləri  Prezidentin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər. Rumıniya, Çin, Livan, İran, Qırğızıstanın və Gürcüstanın aparıcı televiziya və xəbər saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar.

Xəbər lenti