Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Həftəsonu avtobuslar işləmədiyindən minlərlə tələbə çətinlik çəkdi VİDEO

Veb TV | 137 | 21:43 • 28 Fevral 2021
Həftəsonu avtobuslar işləmədiyindən minlərlə tələbə çətinlik çəkdi

Bir neçə gün əvəl gündəmə gətirdiyimiz mövzudan danışacayıq yenə. Magistr imtahanı verən bakalavrlar bu gün də çətinliklə üzləşiblər. İctimai nəqliyyat fəaliyyət göstərmədiyindən imtahana gələn tələbələr yalnız taksi, ya da şəxsi avtomobildən istifadə etməli olublar. Bəzi ərazilərdə isə hətta taksi ilə bağlı problmlər də yaşanıb.

Həftəsonu avtobuslar işləmədiyindən minlərlə tələbə çətinlik çəkib. Magistr imtahanında iştirak etmək üçün tələbələr bu gün imtahan verəcəkləri binaya ya şəxsi avtomobillə ya da taksi ilə gəliblər.

20 minə yaxın bakalavır İmtahanda iştirak üçün 50 manat dövlət rüsumu ilə yanaşı həm də taksi pulu ödəməli olublar.Tələbələr imtahan verəcəkləri məktəblərin uzaq ünvanda yerləşməsindən də şikayətlənirlər. 

Bəzi ərazilərdə isə taksi tapmaqda çətinlik çəkənlər də olub.

Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə Xəzər Xəbər-ə açıqlamasında bildirdi ki, magistirlərin imtahan verəcəyi yer onların faktiki yaşayış yerinə uyğun təyin edilir.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirdi ki, Nazirlər kabinetinin qərarına əsasən hazırda heftə sonları ictimai nəqliyyat fəaliyyət göstərmir.Əgər həmin gün üçün avtobusların işləməsi barədə qərar verilsə, agentlik bunu təmin edə bilər.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021