Xəzər Xəbər

2 ay komada qalan qazimizdən xəbər var VİDEO

Veb TV | 21:51 • 28 Fevral 2021
2 ay komada qalan qazimizdən xəbər var

44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini davam etdirmək üçün yola salınacaq. Əməkdaşlarımız qazimizin yaşadığı Sumqayıt şəhərində evdə olublar.

İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.

Həmin vaxt yoldaşlarından 4 nəfəri şəhid olub. Yanlarına düşən minamyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.

Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.

Qazimizin evində olan əməkdaşlarımız hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlatı yarada bilib.

Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.

Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq.

Xəbər lenti