Xəzər Xəbər

Xocalı soyqırımını tanıyan ölkə və təşkilatların sayı hər il artır VİDEO

Veb TV | 22:26 • 26 Fevral 2021
Xocalı soyqırımını tanıyan ölkə və təşkilatların sayı hər il artır

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan dövləti və müxtəlif təşkilatlar tərəfindən mütəmadi olaraq tədbirlər və kampaniyalar həyata keçirilir. Bunun nəticəsidir ki, 29-cu il dönümünü qeyd etdiyimiz bu faciə  26 dövlət və bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınır. Aparılan təbliğat işlərinin sayəsində xocalı faciəsini qəbul edən təşkilat və ölkələrin sayı artır.

1992-ci ilın 26 fevralında Azərbaycan xalqına qarşı törədilən soyqrımla bağlı bir sıra dövlətlər və rəsmi təşkilatlar tərəfindən rəsmi sənədlər qəbul edilib. Hazırda bu dövlətlərin sayı 26-dır ki, onların müxtəlif qurumları tərəfindən Xocalı soyqrımının tanınmasını əks etditrən sənədlər qəbul edilib. Belə dövlətlərdən biri də ABŞ-dır. Beləki Amerikanın Arizona , İndiana , Corciya, Arkanzas , Minnesota və bunun kimi  26 ştatının müxtəlif rəsmi qurumları tərəfindən bu soyrımın məqsədini ehtiva edən sənədlər qəbul edilib.

Xocalı soyqrımını tanıyan ölkələrin siyahısına Pakistan, İordaniya, Əfqanıstan, İndoneziya, Meksika Birləşmiş Ştatları, Sloveniya republikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və digərləri daxildir.

Bu soyqrımın dünya müqyasında tanınması üçün Azərbaycan höküməti və ölkəmizdəki müxtəlif təşkilatlar tərəfindən genişmiqyaslı tədbirlər keçirilib. Xüsusi ilə Heydər əliyev Fondunun vitse-prezidenti, Dialoq və əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası da keçirilib ki, kampaniya çərçivəsində həyata keçirilən tədbirlərlə bu hadislərin realıqları ilə bağlı bütün dünya ictimaiyyəti məlumatlandırılıb. Bundan başqa sosial şəbəkələr üzərindən @justiceforkhojaly, @Khojalygenocide kimi həştəqli paylaşımlarla hadisənin acı nəticələri dünyaya çatdırılıb.

Bununla yanaşı Xocalı Soyqrımı İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası kimi özündə çoxsaylı dövlətləri birləşdirən beynəlxalq təşkilatlar tərəfindən də tanınıb. İşlər bu gün də davam etdirilir və mütəmadi olaraq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.

Xəbər lenti

Çox oxunanlar