Xəzər Xəbər

Məişət tullantıları niyə vaxtında daşınmır? VİDEO

Veb TV | 20:30 • 26 Fevral 2021
Məişət tullantıları niyə vaxtında daşınmır?

Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində əhalinin sıx yaşadığı bir ərazidə məişət tullantıları vaxtında daşınmır. Bu isə həmin ərazidə antisanitar vəziyyətə və üfunət qoxusuna səbəb olur.  Məişət tullantılarının vaxtında daşınmamasına səbəb nədir? Sualımıza qəsəbənin icra nümayəndəsi cavab verib. 

Tullantılar qalaq-qalaq yığılıb.

Bura sanki zibil paliqonudur. Əslində isə tullantılar vaxtında daşınmadığından belə bir mənzərə yaranıb. 

Görüntülər paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində çəkilib. Qılman İlkin küçəsinin sakinləri iddia edirlər ki, 10-15 gündür küçədəki zibil qablarından tullantılar daşınmadığından belə bir vəziyyət yaranıb. 

Məişət tullantıları o qədər qalaqlanıb ki, hətta hündürlüyü qabları da keçib. Sakinlər deyirlər ki, yaranmış vəziyyət ətrafda antisanitariyaya səbəb olub. Hətta sahibsiz itlərin də zibilliyə yığılması təhlükəni daha da artırıb.

"XəzərXəbər"in  çəkiliş apardığını görən Mərdəkan qəsəbə nümayəndəliyi dərhal qalaqlanmış məişət tullantılarının ərazidən daşınmasını həyata keçirdi. Qəsəbənin nümayəndəsi yaranmış vəziyyəti belə izah edir.

Qəsəbə nümayəndəsi onu da bildirdi ki, bundan sonra zibillər mütəmadi olaraq daşınacaq.

 

 

 

 

Xəbər lenti