Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Xocalı soyqırımından 29 il ötür: İnsanlar “Ana harayı” abidəsini ziyarət etdi VİDEO

Veb TV | 78 | 21:33 • 26 Fevral 2021
Xocalı soyqırımından 29 il ötür: İnsanlar “Ana harayı” abidəsini ziyarət etdi

29 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşananlar bütün insanlığın üz qarasıydı. Bu qanlı tarix Azərbaycan xalqı üçün qaysaqlanmayan yaradır. Ona görə də hər il fevralın 26-da Xocalı qurbanları ölkədə kütləvi şəkildə yad edilir. Xüsusilə də paytaxtın Xətai rayonunda ucaldılan "Ana harayı" abidəsi minlərlə insanın axınına məruz qalır. Elə bu il də eyni mənzərənin şahidi olduq.

Xalqımıza qarşı törədilən soyqırımından, tariximizin qan yaddaşına çevrilən Xocalı faciəsindən 29 il ötür. Hər il olduğu kimi bu il də "Ana harayı" abidəsi ziyarət olunub, abidənin önünə əklillər qoyulub.

Ziyarətə gələn vətəndaşlarımızın üzündə faciənin ağrı-acısı ilə yanaşı, həm də Vətən müharibəsində qazandığımız qələbənin haqlı qüruru var

44 günlük vətən müharibəsinin iştirakçıları və qazilərimiz də "Ana harayı" abidəsini ziyarətə gələnlər arasında idi.

Ölkəmizdə səfərdə olan "Srebrenitsa anaları" hərəkatının üzvləri də "Ana harayı" abidəsini ziyarət ediblər. Onların gəlişində məqsəd xocalı soyqırımı məsələsində ölkəmizə dəstək verməkdir

18 yaşlı Canel Nəcəfli isə Xocalı şəhidlərinin xatirəsini fərqli şəkildə yad edib. O, "Ana harayı" abidəsi önündə skripka ifa edib.

Biz tariximizdəki o qanlı soyqırım gecəsini, eləcə də millətimizin başına gətirilən heç bir faciəni unutmayacağıq. Və dünyanın Xocalıya ədaləti bərpa etdiyi günə qədər öz haqq səsimizi çatdırmağa çalışacağıq.

Çox oxunanlar