Xəzər Xəbər

Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Elxan Tağıyev VİDEO

Veb TV | 20:16 • 26 Fevral 2021
Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Elxan Tağıyev

Doğum gününü heç vaxt qeyd etmirdi. Çünki Azərbaycanın başına böyük bir faciənin gəldiyi tarixə təsadüf edirdi həmin gün. Vətən şəhidi Elxan Tağıyevdən danışacayıq. O, Xocalı faciəsi baş verdiyi gün dünyaya gəldiyindən heç vaxt özünə doğum günü etməzmiş. Üstəlik doğma torpaqların düşmən tapdağından azad edilməsi üçün hərbçi olmağı seçib Elxan. Qələbəyə inanaraq qatıldığı haqq 
31 il öncə 26 fevral tarixində Goranboyun Fəxralı kəndində dünyaya göz açmışdı Elxan Tağıyev. Xocalı faciəsi baş verdiyi gün dünyaya gəldiyindən heç vaxt özünə doğum günü etməzmiş.

Doğmaları onun kiçik yaşlarından hərbiyə həvəsli olduğunu, böyüyəndə işğal altındakı torpaqaları azad edəcəyini arzu etdiyini deyirlər. 5 il öncə MAXE kimi xidmətə başlayan Elxan Tağıyev, Vətən müharibəsinə kəşfiyyatçı kimi qatılır. Murov, Suqovuşan, Talış istiqamətində gedən ağır döyüşlərdə iştirak edir. Həyat yoldaşı Aybəniz Hacıyeva sonuncu dəfə şəhidlik zirvəsinə ucaldığı gün, oktyabrın 1-də Elxanla telefonda danışdığını deyir. Bildirir ki, m?n? övladlarını, anasını tapşırdı, elə həmin gün də Suqovuşanda şəhidliyə ucaldı.

Nübar Qəribova deyir ki, qardaşı şəhid olacağını sanki əvvəlcədən bilirmiş, bu səbəbdən də həmişə istəyirdi ki, onunla fəxr edək. 2 övlad atası olan Elxan Tağıyev şəhid olan zaman komandirindən cibində saxladığı bayrağı götürüb, azad etdikləri torpaqlara sancmasını istəyib.

Elxan Tağıyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif olunub. 

Xəbər lenti