Xəzər Xəbər

İntihara daha çox kişilər meyil edirlər, yoxsa qadınlar? - Bahar Muradova cavab verdi VİDEO

Veb TV | 20:04 • 26 Fevral 2021
İntihara daha çox kişilər meyil edirlər, yoxsa qadınlar? - Bahar Muradova cavab verdi

"Ölkəmizdə intihara daha çox kişilər meyil edir". Jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə deyib. Onun fikrincə, son günlər intiharların artma səbəbləri arasında pandemiya ciddi rol oynayır.

Son vaxtlar ölkəmizdə intihar edən şəxslərin sayı artıb. Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, araşdırma aparıldıqda kişilərin daha çox intihara meyil etdiyi ortaya çıxır. Amma cəmiyyət müzakirə edərkən qadınlara daha çox üstünlük verir. Bahar Muradova ölkəmizdə intihar hadisələrinin artmasının əsas səbəblərini də açıqlayıb.

Bahar Muradovanın sözlərinə görə, ümumilikdə bu sahədə göstərilən xidmətlərin dairəsi daha da genişləndirilməli və prosesə bütün cəmiyyət qoşulmalıdır.

Bahar Muradova bu cür hadisələrin qarşısını vaxtında almaq üçün rəhbərlik etdiyi komitənin digər qurumlarla birlikdə işlər həyata keçirdiyini də bildirib. 

Xəbər lenti