Xəzər Xəbər

Marketdən çörək oğurlayan it kameraya düşdü VİDEO

Veb TV | 16:50 • 26 Fevral 2021
Marketdən çörək oğurlayan it kameraya düşdü

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Türkiyənin Malatya vilayətində lentə alınan kadrlarda itin hər gün səhər saatlarında mağazadan 1 ədəd çörək oğurlaması əks olunub.

Malatyada market işlədən şəxs hər gün səhər saatlarında bir ədəd çörəyin yoxa çıxdığını gördükdə mağazaya kamera quraşdırmaq qərarına gəlib. O, görüntüləri izləyərkən oğrunun it olduğunu bilib.

Kişi daha sonra həmin itə çörəyi özü doğrayaraq verib./milli.az

Xəbər lenti