Xəzər Xəbər

Bu il "Ana harayı" abidəsini ziyarət fərqli olacaq VİDEO

Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin ətrafında bu gün son tamamlanma işləri aparılıb
Veb TV | 20:55 • 25 Fevral 2021
Bu il "Ana harayı" abidəsini ziyarət fərqli olacaq

Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinin ətrafında bu gün son tamamlanma işləri aparılıb. Ərazi təmizlənib, yeni güllər düzülüb. Qeyd edək ki, sabah sözügedən ərazidə ziyarət əvvəlki illərdən fərqli təşkil olunacaq. Mövcud karantin rejimi ilə əlaqədar olaraq  bu il bütün vətəndaşlar maskadan istifadə etməli,  abidəni isə 5 nəfərlik qruplar şəklində ziyarət etməlidirlər. 

Ərazi təmizlənib, bütün güllər yeniləri ilə əvəzlənib. Ətrafa qərənfillər düzülüb, prospektdə yerləşən əksər hündür binalar Xocalı faciəsini xatırladan plakatlara bürünüb.

Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin ətrafında bu gün son tamamlanma işləri aparılıb

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyir ki, hazırlıq prosesinə fevralın əvvəlindən başlanıb və əsas işlər artıq yekunlaşıb.

Mövcud karantin rejimi ilə əlaqədar olaraq, bu il "Ana harayı" abidəsini ziyarət də fərqli təşkil olunacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, vətəndaşlar abidəni maksimum 5 nəfərlik qruplarda, dayanmadan ziyarət edərək, ərazidən çıxmalıdırlar.

Sabah səhər saat 8-dən etibarən  Xocalı prospekti ilə kəsişən və bu prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə də məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, sabah  bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək. 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcəklər. 

Xəbər lenti