Xəzər Xəbər

Kəskin soyuq hava özü ilə problemlər gətirdi VİDEO

Qar yağdı, bəzi yerlərdə qaz və istilik kəsildi.
Veb TV | 21:35 • 24 Fevral 2021
Kəskin soyuq hava özü ilə problemlər gətirdi

Son bir neçə ilin ən şaxtalı günlərindən birini yaşayırıq.  Çovğunun olacağı ilə bağlı  əvvəlcədən xəbərdarlıq edilirdi.  Bu xəbərdarlıq əslində mesaj idi. Hər kəs hazırlıq görsün. Vətəndaşından aidiyyəti qurumuna qədər. Meteroloqlar  təxmini bir aylıq yağıntının  bir günə yağdığı barədə məlumat verirlər. Bəs paytaxtda şaxtalı hava şəraitinə hazırlıq buna uyğun idi mi ? Bu gün sizə qarlı paytaxt Bakı, yaranan ağ mənzərə və bu ağın görünən  qara tərəfini  yəni çətinlikləri göstərəcəyik.   Bu gün müxtəlif ünvanlarda insanlar komunal çətinliklərlə qarşılaşıblar. Biz də istilik, qaz, su və işıqla bağlı vəziyyəti araşdırmışıq. Problem hansı ərazilərdə yaranıb və həlli istiqamətində  nə kimi  işlər görülüb  və hələ də görülməkdədir.

Qar yağdı, bəzi yerlərdə qaz və istilik kəsildi. Bu gün bir sıra ərazilərdə insanlar kommunal problemlərlə qarşılaşıblar.

"Azəristilik" Açıq Səhimdar Cəmiyyətinin xidmət rəisi Rafiq Əliyevin sözlərinə görə, hazırda istiliklə bağlı problem yaşanmır. Hətta havanın soyuması ilə bağlı ərazilərdə olan qazanxanaların həcminə uyğun olaraq temperatur 5-15 dərəcə artırılıb. Qaldı ki, Xətai rayonu ərazisindəki problemə.

Azəriqazdan isə bildirildi ki, bu gün ölkə ərazisində bir sıra yerlərdə qazla bağlı problem müşahidə olunsa da amma artıq qrum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və problemlərin vaxtında həll olunması üçün işlər görülüb.

Havaların kəskin soyuması Sumqayıtda da bir sıra fəsadlara yol açıb. Ötən gecədən etibarən bəzi ərazilərdə işığın verilməsində problemlər yaşanıb. Yaşıldərə yaşayış massivində, eləcə də Saray qəsəbəsi, üzümlük yaşayış massivində ötən gecədən işıqlar sönüb.

Azərişıq ASC-dən bildirildi ki, havaların kəskin soyuması səbəbindən bir sıra ərazilərdə qəzalar baş verib. Bununla əlaqədar olaraq həmin ərazilərdə artıq problem yaşanır. Artıq bununla bağlı ərazilərə işçilər cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlər gedir.

Xırdalan şəhərində isə ötən gecədən suyun verilməsində problemlər var. Bəzi yerlərdə su gəlmir. Bəzi yerlərdə isə su kranları donub.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, bəzi fərdi yaşayış evlərində su xətlərinin izolyasiya edilməməsi səbəbindən donmalar olub. Hələlik su təchizatı ilə bağlı ciddi çətinlik yoxdur.

Bu gecə də mənfi temperaturun davam edəcəyini nəzərə alsaq bəzi problemlərin yaranması qaçılmaz olacaq.

 

 

Xəbər lenti