Xəzər Xəbər

Qarlı hava nə vaxta kimi davam edəcək? VİDEO

25-i səhər saatlarından başlayaraq proses və yağıntılar səngiyəcək
Veb TV | 20:54 • 24 Fevral 2021
Qarlı hava nə vaxta kimi davam edəcək?

Bakıda əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşıb. Ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb. Belə ki, orada qarın hündürlüyü yarım metrə çatıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək:

“Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses və yağıntılar səngiyəcək”.

"Artıq Bakıda sərt qış olmayacaq" deyənlər yanıldılar. Fəslin sonuna yaxılaşsaq da, qış öz sərt üzünü elə göstərdi ki, çoxdandır belə vəziyyətlə qarşılaşmırdıq.

Hidromtroloqlar deyir ki, ölkəmizə soyuq hava kütləsinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Ən çox yağıntı  Bakıda və Abşeron yarımadasına və ölkənin şimal bölgəsinə düşüb.

Respublikanın dağlıq və dağətəyi rayonlarında isə 15 -20 dərəcə şaxta gözlənilir. 

Rayonlarda küləyin maksimal sürəti saniyədə 28 metr, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb ki, bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər qalxmasına səbəb olub.

Xəbər lenti