Xəzər Xəbər

Yol var, ancaq piyadalar üçün keçid yoxdur VİDEO

Sumqayıt şəhərində küçəyə yeni asfalt örtüyü çəkilsə də,  piyadaların keçməsi üçün keçid qoyulmayıb.
Veb TV | 21:30 • 22 Fevral 2021
Yol var, ancaq piyadalar üçün keçid yoxdur

Deyir bir işi görəndə, gərək onu yarımçıq qoymayasan. Ataların başqa bir məsəli də var, elədiyin yaxşılığı sona qədər elə. Sumqayıt şəhərində isə bir küçəyə yeni asfalt örtüyü çəkilsə də,  piyadaların keçməsi üçün keçid qoyulmayıb. Sakinlər həmin yolda sürücülərin onlara yol verməməsindən şikayətlənir.

Yol var, ancaq piyadalar üçün keçid yoxdur. 

Görüntülər Sumqayıtdandır. Şəhərin Heydər Əliyev Prospekti ilə Lermantov küçəsinin kəsişməsi olan yol bir müddət əvvəl  yeni təmirdən çıxıb . Əraziyə asfalt örtüyü  çəkilib. Ancaq   müxtəlif yol nişanları qoyulmayıb. Sakinlər yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətikliklə üzləşirlər

Sakinlər deyir ki, küçəin uzun olmasına baxmayaraq bu ərazilərdə bir dənə də olsun piyada keçidini görə bilmərsiniz. Sürücülər də yolda piyada keçidi olmadığından sakinləri nəzərə almırlar.

Məsələlə ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirildi ki, yola xeyli vaxtdır asvalt örtüyü çəkilib. Ancaq həmin küçədə piyada keçidi və ya digər işarələrin qoyulması onların səlahiyyətində deyil.  DİN-nin Siqnal İxtisaslaşdırılmış İstismar idarəsi Sumqayıt icra sahəsindən bildirildi ki, Heydər Əliyev Prospekti ilə Lermantov küçəsinin kəsişməsi olan yola iki gün ərzində işarələr vurulacaq və sakinlərin haqlı narazılığı tam aradan qaldırılacaq.

 

Xəbər lenti