Xəzər Xəbər

Dövlət satınalmalarına nəzarət gücləndiriləcək VİDEO

Ölkəmizdə dövlət satınalmalarına nəzarət gücləndiriləcək
Veb TV | 21:41 • 27 Yanvar 2021
Dövlət satınalmalarına nəzarət gücləndiriləcək

Ölkəmizdə dövlət satınalmalarına nəzarət gücləndiriləcək və bu sahədə şəffaflıq daha da artırılacaq. Bunun üçün dövlət satınalamaları haqqında qanuna dəyişikliyin edilməsi gözlənilir. Bundan sonra bütün satınalmalar elektron formada həyata keçiriləcək.

Ölkəmizdə dövlət satınalmalarına nəzarət gücləndiriləcək. Bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən bütün metodlar üzrə dövlət satınalmaları ''e-tender'' portalı vasitəsi ilə həyata keçiriləcək.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət satınalamları şöbəsinin müdiri Əhməd Həsənovun sözlərinə görə hazırda qanunvericiliyə təklif edilən dəyişikliklər paketi hazırlanaraq müvafiq rəyin alınması üçün aidiyyatı dövlət qurumlarına təqdim edilib.

Qanuna təklif edilən dəyişiklik qəbul ediləcəyi halda məhsullarını satılanamaya təqdim edən sahibkarların da işi asanlaşacaq. Bütün xidmətlər elektron formada təşkil edildiyindən şəffaflıq da artacaq.

Əhməd Həsənovun sözlərinə görə, şəffaflığın təmin edilməsi üçün sahibkarlar dövlətsatınalmaları zamanı fəallıq nümayiş etdirməlidilər. Belə olduqda, sağlam rəqabət formalaşar və dövlət vəsaitindən qənaətlə istifadə etməklə keyfiyyətli xidmət almaq mümkün olar.

 

Xəbər lenti