Bakı 8 ℃
Xəzər Xəbər
USD 1.7

Samuxda bu yol istifadəyə verildi VİDEO

Veb TV | 156 | 19:15 • 22 Yanvar 2021
Samuxda bu yol istifadəyə verildi

Uzun müddət idi ki, yararsız vəziyyətdə olan yol təmir edilib. Samuxda 7 yaşayış məntəqəsini birləşdirən uzunluğu 39.5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurularaq istifadəyə verilib. Bununla da 5 min nəfərin rahat gediş-gəlişi təmin olunub. Sujetdə yolun strateji önəmi də diqqət çəkmişik.


Keçən ilin yay aylarında əsaslı təmirə başlanan yol istifadəyə verilib.


Samux rayonunda Yenikənd-Poylu Avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarma və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən də ötən il Avtomobil Yolları Dövlət Agentliyi, 39,5 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarının yenidən salınması işlərinə başlayıb.


Layihə çərçivəsində əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsaslı inşa olunub, yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub. Daha sonra yeni asfalt-beton örtüyü döşənib. Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və 6 yerdə düzbucaqlı su keçidlərinin inşası işləri aparılıb.


Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılıb. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq yararsız vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilib. Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yollar boyu əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.


Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün zəruri yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb. Üfiqi nişanlanma xətləri dəçəkilərək, avtobus dayanacaqları quraşdırılıb.


Çox oxunanlar