Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Spirtli içkinin vaksinin effektivliyinə təsiri varmı? VİDEO

Veb TV | 232 | 20:13 • 21 Yanvar 2021
Spirtli içkinin vaksinin effektivliyinə təsiri varmı?

Koronavirusa qarşı peyvənddən bir müddət əvvəl və sonra alkoqol qəbulu ciddi fəsadlara yol aça bilər. Məlum olub ki, vaksinasiyadan sonra spirtli içkilərdən istifadə edənlər peyvəndin effektini görməyə də bilərlər. Bununla bağlı məsələyə infeksionist vüqar cavadzadə aydınlıq gətirib.


Spirtli içkilərin qəbulu koronavirusa qarşı peyvəndin təsirini azaldır.


Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirdi ki, vaksin vurulan şəxslər bir müddət Spirtli içkilərin qəbulundan çəkinməlidirlər.Çünki spirtli içkilər peyvəndləmədən sonra orqanizimdə immuntetin formalaşmasında ciddi fəsadların yaranmasına səbəb ola bilər.


İnfeksionist Vüqar Cavadzadə deyir ki, spirtli içkilərin qəbulu orqanzimdə ayrı-ayrı orqanların fəailiyyətinə mənfi təsir göstərdiyindən insanların infeksion və qeyri infeksion xəstəliklərə qarşı dözümlüyünü azaldır.


Vüqar Cavadzadə onu da əlavə etdi ki, vaksinasiyadan sonrakı dövürlərdə siqaretin çəkilməsi də immuntetin formalaşmasına mənfi təsir göstərən amillərdən biridir.Vaksinasiyadan əvvəl və ya sonra immuntetin daim yüksək saxlanılması üçün təbii qidalara üstünlük verilməlidir. Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Bu prosesə ilkin olaraq tibb işçiləri cəlb olunub.



Çox oxunanlar