Xəzər Xəbər

Ağ örpəyə bürünmüş şəhər: Bakıya ilk qar yağdı VİDEO

Veb TV | 20:20 • 21 Yanvar 2021
Ağ örpəyə bürünmüş şəhər: Bakıya ilk qar yağdı

Bakı bu gün səhəri qarla açdı. Ancaq bu qar daha çox paytaxt ərazisinə qeyri-bərabər paylanması ilə yadda qaldı. Gözlənilənin əksinə olaraq, bu dəfə Yasamala daha az qar düşüb. Nisbətən qarın çox düşdüyü ərazilərdə isə təbii ki, ən çox sevinən uşaqlar oldu. Paytaxtın bəzi yollarında piyadaların hərəkətində çətinliklər yaşanıb.


İllər sonra yağan qar paytaxt ərazisinə qeyri bərabər paylanıb. Məsələn, Yasamal, Binəqədi rayonları ilə müqayisədə Zabrat, Maştağa, Pirallahı, o cümlədən, bizim də çəkiliş apardığımız Əhmədli, 8-ci kilometr, Günəşli istiqamətlərinə qar daha çox düşüb.


Bu ilin ilk qarı özü ilə müəyyən problemlər də gətirib. Yol kənarlarına yığılan və sürətli şəkildə əriyən qar əksər yolları piyadalar üçün keçilməz edib.


Bəzi yollarda sürət həddi endirildiyindən və günün birinci yarısı yollar buz bağlamadığından avtomobillərin hərəkətində elə də ciddi problemlər yaşanmayıb.


Sabah isə paytaxtda hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.


Xəbər lenti