Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ-ın həm daxili, həm də xarici siyasəti dəyişir VİDEO

Veb TV | 150 | 19:55 • 21 Yanvar 2021
ABŞ-ın həm daxili, həm də xarici siyasəti dəyişir

Amerikanın 46-cı prezidenti Co Baydeninin hakimiyyətə gəlməsi Türkiyə və Azərbaycan üçün ciddi dəyişikliyə səbəb olmayacaq. Politoloqların fikrincə, əksinə, ABŞ-ın Türkiyə ilə münasibətlərinin yaxşılaşması gözlənir ki, bu, Azərbaycan üçün də müsbət haldır. Yeni prezidentin hakimiyyətə gələn kimi sələfinin 17 qərarını ləğv etməsi isə Amerikanın həm daxili, həm də xarici siyasətinin dəyişəcəyindən xəbər verir.


Amerikanın yeni prezidenti Co Bayden hakimiyyəti təhvil alan kimi Donald Trampın 17 qərarınıləğv edib. Beləki yeni prezident müsəlman ölkələrinə qarşı tətbiq olunan səyahət qadağasını ləğv edərək, Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına qayıtması qərarlaşdırıb və Meksika ilə sərhəddə divar tikintisini dayandırıb. Bütün bu qərarlar isə Amerikanın həm daxili, həm də xarici siyasətinin dəyişəcəyindən xəbər verir.

Politoloq Murad Saddədinovun sözlərinə görə isə Amerikadakı dəyişiklik Türkiyə və Azərbaycana mənfi təsir etməyəcək. Çünki Türkiyə regionda güclənən dövlətdir və elə Baydenin vitse-prezident kimi çalışdığı vaxtlarda bu dövlətlə yaxşı münasibətləri mövcud olub.

Bəzi siyasətçilər Baydeni ermənipərəst kimi görsə də Murad Sadəddinovun sözlərinə görə artıq Azərbayacan Qarabağ məsələsində qəti nailiyyət əldə edib və hər hansı gücün bunu dəyişməsi imkanı yoxdur.

Politoloqun fikrincə Amerikanın yeni hakimiyyəti İranla danışıqlara gedəcək və Rusiya ilə münasibətlərinə yenidən, daha kəskin şəkildə baxacaq.

Politoloqun fikrincə bu fövqəldövlətin siyasətində vitse-prezident Kamala Harris də böyük rol oynayacaq ki, o da özünün Beynəlxalq Təhlükəsizlik üzrə müşavir kimi Azərbaycan və Türkiyədə səfir köməkçisi kimi fəaliyyət göstərən Nensi Makkoyeni də təyin edib ki, bu şəxsin də hər iki ölkəyə qarşı münasibəti olduqca müsbətdir.

 

 

Çox oxunanlar