Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Qaz sayğaclarının uzaqdan oxunmasına start verildi VİDEO

Veb TV | 219 | 21:33 • 16 Yanvar 2021
Qaz sayğaclarının uzaqdan oxunmasına start verildi

Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib. İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.


Məlumata görə, bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin "Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.


Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin. Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.


Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.

Rubrikanın digər xəbərləri

"Sabah" yenə qələbəyə həsrət qaldı
"Sabah" yenə qələbəyə həsrət qaldı VİDEO
9 | 19:28 • 8 Mart 2021
Beyl və Keyndən dubl, "Tottenhem"dən qələbə
Beyl və Keyndən dubl, "Tottenhem"dən qələbə VİDEO
26 | 16:31 • 8 Mart 2021
"Milan" səfərdə sevindi
"Milan" səfərdə sevindi VİDEO
37 | 16:10 • 8 Mart 2021
"Liverpul" bu dəfə "Fulhem"ə uduzdu
"Liverpul" bu dəfə "Fulhem"ə uduzdu VİDEO
41 | 15:38 • 8 Mart 2021
Mançester derbisində 2 qol
Mançester derbisində 2 qol VİDEO
35 | 15:30 • 8 Mart 2021
Madrid derbisində qollu bərabərlik
Madrid derbisində qollu bərabərlik VİDEO
39 | 15:02 • 8 Mart 2021
Falkaonun dublu "Qalatasaray"a kifayət etmədi
Falkaonun dublu "Qalatasaray"a kifayət etmədi VİDEO
29 | 14:56 • 8 Mart 2021
Zəngilanın Qaragöz kəndi
Zəngilanın Qaragöz kəndi video
38 | 12:59 • 8 Mart 2021
YAP-ın qarşısında yeni vəzifələr durur
YAP-ın qarşısında yeni vəzifələr durur video
83 | 22:37 • 7 Mart 2021

Çox oxunanlar