Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var VİDEO

Veb TV | 191 | 21:24 • 16 Yanvar 2021
Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var

10 manatlıq qazla sürücülər 200-250 km yol qət edə bildikləri halda, eyni model avtomobillə sürücülər benzin və ya dizellə ən yaxşı halda 100-150 km yol qət edə bilirlər. Məhz bu hal ölkəmizdə qaz avadanlıqlarına marağı kəskin şəkildə artırıb. Ustaların sözlərinə görə, sürücüləri ən çox narahat edən məqam isə bu halın mühərrikə ziyan vurma ehtimalıdır ki, hazırkı avadanlıqlarla belə bir narahatlığa da əsas yoxdur. Üstəlik, müasir avadanlıqlarla təhlükəsizlik də təmin edilir.


Benzin və dizelin qiymətinin artmasından sonra ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdıranların sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbi isə həm metan, həm də maye qazın qiymətinin dizel və benzindən ucuz olmasıdır. Xüsusilə də metan qazına, başqa sözlə CNG qazına maraq çoxalıb. Sürücülər deyirlər ki, bir kubu 45 qəpikdən satılan metan qazı ilə büdcələrini əhəmiyyətli dərəcədə qənaət edə bilirlər.


Hazırda sürücüləri ən çox düşündürən məqam isə təhlükəsizlik məsələsidir ki, ustaların sözlərinə görə, əgər keyfiyyətli avdanlıqla və əsl mütəxəssislər tərəfindən iş görülərsə hər hansı problem ola bilməz. Üstəlik, bu avadanlıqlar mühərrikə də ziyan vurmur.


Avtomobilə qaz avadanlığının quraşdırılması qiyməti isə bir neçə amilə əsasən müəyyən edilir.


Bu avadanlıq quraşdırılan avtomobillərə 2 il zəmanət verilir və bu avtomabillərə hər 10 min km-dən bir texniki qulluq edilməlidir. Qeyd edək ki, hazırda ölkəmizdə maye qazın bir litri 65 qəpikdən, CNG qazın bir kubu isə 45 qəpikdən satılır. Üstəlik, dövlət neft şirkətindən ötən il verilən açıqlamaya görə, CNG qaz ölkəmizdə istehsal edildiyindən yaxın illərdə onun qiymətində artım gözlənmir.


Rubrikanın digər xəbərləri

Ağdam rayonunun Suma kəndi
Ağdam rayonunun Suma kəndi video
28 | 15:40 • 7 Mart 2021
Yolda köməksiz qalmış iki nəfər xilas edilib
Yolda köməksiz qalmış iki nəfər xilas edilib video
35 | 14:53 • 7 Mart 2021
Füzuli rayonunun Qarakollu kəndi
Füzuli rayonunun Qarakollu kəndi video
47 | 10:18 • 7 Mart 2021
Şəhid Ramil Musayevin övladı dünyaya gəldi
Şəhid Ramil Musayevin övladı dünyaya gəldi VİDEO
95 | 21:47 • 6 Mart 2021
Azərbaycanın ordusunda yeniliklər olacaq
Azərbaycanın ordusunda yeniliklər olacaq VİDEO
118 | 21:35 • 6 Mart 2021
Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü
Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü VİDEO
115 | 21:26 • 6 Mart 2021
Arazda balıq ehtiyatları niyə azalıb?
Arazda balıq ehtiyatları niyə azalıb? VİDEO
96 | 21:07 • 6 Mart 2021
Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq
Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq VİDEO
108 | 20:49 • 6 Mart 2021

Çox oxunanlar