Bakı -1 ℃
Xəzər Xəbər
USD 1.7

“Zəfər” avtomobili belə olacaq VİDEO

Veb TV | 423 | 19:48 • 14 Yanvar 2021
“Zəfər” avtomobili belə olacaq

Şuşa yolunda ''Zəfər'' avtomobili şütüyəcək. Təbii ki, əgər azərbaycanlı gənc dizaynerin hazırladığı və "Zəfər" adı verdiyi layihə əsasında avtomobil hazırlansa. Söhbət Ramil Nəcəfovun hazırladığı avtomobil layihəsindən gedir. Gənc dizayner deyir ki, Qarabağımızda qazandığımız möhtəşəm qələbə onu bu işə sövq edib.

Şuşanın azad edilməsi Azərbaycanlı dizayneri möhtəşəm bir yeniliyə imza atmağa sövq edib.

Gənc dizayner Ramil Nəcəfov vətən müharibəsində qazandığımız şanlı qələbəyə öz layihəsi ilə tövfə verib. Dizayner hazırladığı avtomobil layihəsinə"Zəfər" adı qoyub. Avtomobilin 3d formatda dizaynını işləyən Ramil deyir ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub.

Qeyd edək ki, o, avtomobilin loqosunu da milli loqotipdə hazırlayıb. Loqoda zəfər və xarıbülbülən simvolu əks edilib. Dizayner bildirdi ki, bu, Azərbaycanda bir ilkdir. Ramil Nəcəfovun loqonu belə hazırlamaqda məqsədi şanlı Azərbaycan ordusunun qazandığı qələbəni dünyaya çatdırmaqdır.

İndi gənc dizaynerin bir arzusu var ki, o da bu layihəni təkmilləşdirərək gələcəkdə yerli avtomobil sənayesində realizə olunmasına, həmçinin dünya bazarına çıxmasına nail olmaqdır.

Çox oxunanlar