Xəzər Xəbər

Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlandı VİDEO

Veb TV | 19:35 • 14 Yanvar 2021
Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlandı

44 günlük vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəni abidələrin monitorinqinə başlanıb. Şuşada monitorinq başa çatdırılıb. Aparılan araşdırmalar nəticəsində 300 tarixi abidənin, 550 yaşayış binasının söküldüyü bəlli olub.


Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlanıb.


Aparılan monitorinq zamanı bəlli olub ki, ermənilər bu və ya digər vəsaitlər hesabına 30 il ərzində yüzlərlə tarixi əhəmiyyətli binaları dağıdıblar. Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib ki, ermənilər eyni zamanda 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar.


Faiq İsmayılov bildirib ki, Ermənistan tətbiq etdiyi vandalizm aktını "humanist" addım kimi təbliğ etmək məqsədilə «Shousi» Mədəniyyət Fondu hesabına Şuşada tarixi binaları və küçələri erməniləşdirmək üçün bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşdu.


Bununla yanaşı erməniləşdirmə konsepsiyanın reallaşması üçün Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdi. Bu məqsədlə son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkib və divarlarının ölçülərini götürüb, bu evlərin "bərpa" üçün hazırlanmasını təmin etmişdilər.



Xəbər lenti