Xəzər Xəbər

Döyüşə rəqs edərək gedən şəhid Fədail Nadirov - VİDEO

Veb TV | 20:03 • 10 Dekabr 2020
Döyüşə rəqs edərək gedən şəhid Fədail Nadirov -

Döyüşə gedərkən yolda avtomobili saxlatdırıb və rəqs edib. O, bu videosu ilə sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Qobustan rayon, Bədəlli kənd sakini şəhid Fədail Nadirovdan gedir.

Onun hərbiyə olan sevgisi hələ uşaq yaşlarında formalaşıb. Ailəsinə "hərbçi olacağam, vətənimi qoruyub mənfur düşməni tarixi torpaqlarımızdan qovacağam, bitəcək bu həsrət" deyirdi. Şəhidimizin anasının sözlərinə görə, Fədail özü yaralı olduğu halda, əsgər yoldaşlarını döyüş meydanından çıxarıb.

İndi şəhid Fədail təkcə ailəsinin deyil, bütün Azərbaycanın övladına çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti