Xəzər Xəbər

Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib - VİDEO

Veb TV | 22:16 • 10 Dekabr 2020
Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib -

Hər kəsin cəsur və qorxmaz döyüşçü kimi tanıdığı Oğuz sakini Nail İbrahimli şəhadətə qovuşduqdan sonra ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Şəhid anası Ali Baş Komandanın övladına olan diqqəti bu gün ona ən böyük təsəllidir deyir. Nail İbrahimli 1994 cü il 4 martda Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Hələ uşaq ikən Xaçmaz dağlarını qarış- qarış gəzən igid, qorxmaz Naili hamı yaxşı tanıyırdı. O, güləşci kimi dəfələrlə yarışların qalibi olmuşdu. Həmişə hərbin xüsusi təyinatlılar hissəsində xidmət etmək istəyi ilə həqiqi hərbi xidməti başa vurduqdan sonra arzusunu həyata keçirib.

Qorxmaz kiçik gizir Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edərək Şuşaya qədər əzəmətli və çətin döyüş yolunu uğurla keçib. Şuşada düşmənin əks hücumlarından birində yaralı döyüş yoldaşını azad etsə də, özü şəhadətə qovuşub. Bir neçə rayonun azad olunaraq Azərbaycan bayrağının asılmasında böyük xidmətləri olub.

Vətən uğrunda canlarından keçən qəhrəmanlar, sizi əsla unutmayacagıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti