Xəzər Xəbər

İtaliyalı həkimdən nümunəvi addım - O, yaralı hərbçilərimizi təmənnasız əməliyyat edəcək - VİDEO

Veb TV | 19:27 • 10 Dekabr 2020
İtaliyalı həkimdən nümunəvi addım -

İtaliyalı həkim Alessandro Marano Vətən müharibəsində yaralanan hərbçilərimizə təmənnasız yardım edəcək.

Xezerxeber.az-ın məlumatına görə, plastik cərrah olan Maranonun təşəbbüsü sayəsində hərbçilərimiz əməliyyat ediləcək.

Marano 4 ildir ki, Azərbaycanda işləyir.

Alessandro Marano deyir ki, Qarabağ müharibəsində yaralanan hərbçilərin sağlamlığına qovuşması üçün dövlət tərəfindən lazımi dəstək göstərildiyindən xəbərdardır. Amma o da bu yöndə yardımını əsirgəmək istəmir. Haqq savaşımızın gedişatını həyəcanla izlədiyini deyən həkim ordumuzun 30 illik erməni işğalına son qoyduğuna görə çox sevinclidir. Əcnəbi həkim bu dastanı yazanlara xidmət göstərməkdən qürur duyduğunu vurğulayır.

Yaralı qazilərimizdən bir neçə nəfəri artıq Alessandro Maranonun qəbuluna gəlib. Müayinənin nəticələri məlum olduqdan sonra yaxın zamanda əməliyyatların tarixi müəyyən ediləcək. Bu arada, Bakını çox bəyəndiyini deyən Alessandro Marano hələ uzun illər ölkəmizdə qalaraq, çalışmağı arzulayır. Odur ki, qazilərimiz özlərini azərbaycanlı sevdalısı olan italyan həkimin şəfqətli əllərinə tam etibar edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti