Xəzər Xəbər

Pərviz Mirzəyev snayperlə 10-dan çox erməni hərbçisini məhv edib - VİDEO

Veb TV | 19:21 • 6 Dekabr 2020
Pərviz Mirzəyev snayperlə 10-dan çox erməni hərbçisini məhv edib -

Döyüşlərin ilk günündən Füzulidən başlayaraq Şuşanın yaxınlığındakı Daşaltı kəndinə qədər olan hərbi əməliyyatlarda iştirak edən Pərviz Mirzəyev snayperlə düşmənin çoxlu hərbçisini məhv edib.

Xezerxeber.az-ın məlumatına görə, Gədəbəyin Böyük Qaramurad kəndindən olan və iki ildir ki, orduda peşəkar hərbçi kimi qulluq edən kəşfiyyatçı snayper Pərviz bildirir ki, xüsusilə Qırmızı Bazar ətrafındakı döyüşlər ağır keçib. Pərviz Hadrutun düşmən işğalından azad edilməsində də fəal iştirak edib. Onlar düşmən hərbçilərini pusquya salaraq məhv ediblər və həmin əraziləri düşməndən azad etməyi bacarıblar. Daşaltı kəndi ətrafındakı döyüşlərdə isə yenə düşmən hərbçilərini öz snayperi ilə məhv edib. Pərviz Mirzəyev deyir ki, bu döyüşdə düşmən qüvvələri hərbçilərimizin geri çəkildiyini düşünüb, tələyə düşüblər və sonda onların hamısı məhv edilib.

Pərviz deyir ki, yarasının öncə cüzi olduğunu düşünüb, heç bir əhəmiyyət verməyib. Ancaq bir müddət sonra hərəkət etməkdə çətinlik çəkib və buna görə məcburi olaraq tibbi yardım almaq üçün döyüşü dayandırmalı olub. Ancaq döyüşlər bitənə qədər 10-dan çox erməni hərbçisini məhv edərək şəhid olan hərbçilərimizin qisasını alıb.

Pərvizin bibisi Reyhan Zahidova bildirir ki, qardaşı övladının döyüşdən sağ çıxmasına və ordumuzun qələbəsinə çox sevinir.

Pərvizin qohumu və birinci Qarabağ müharibəsi iştirakçısı olan İlham Zahidov isə bildirir ki, onların yarımçıq qoyduqları işi bu qəhrəman oğullar tamamladı və buna görə xoşbəxtdirlər.

Qeyd edək ki, oktyabrın 30-da yaralanaraq müalicəyə cəlb edilən Pərviz Mirzəyev Bakıda artıq müalicəsini başa çatdırıb və bu günlərdə qulluq etdiyi "N" saylı hərbi hissəyə yollanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti