Xəzər Xəbər

Naxçıvana yeni yol çəkiləcək - VİDEO

Veb TV | 19:35 • 30 Noyabr 2020
Naxçıvana yeni yol çəkiləcək -

Füzulidən Naxçıvana yeni avtomobil yolu çəkilə bilər.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanıb.

Anar Nəcəfli deyib ki, bu yol gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər. Layihə təsdiq edilsə, yol 4 zolaqdan ibarət olacaq və əvvəlcə iki zolaq hazırlanıb istifadəyə veriləcək. Bununla paralel olaraq digər zolaqlar da tikiləcək.

Qeyd edək ki, layihə təsdiq edildikdən sonra işlərə başlanacaq və yolun tam olaraq ilyarım müddətinə qədər istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024