Xəzər Xəbər

Prezidentin köməkçisi: "Ermənistan hibrid müharibəyə keçir" - VİDEO

Veb TV | 21:00 • 3 Noyabr 2020
 Prezidentin köməkçisi: "Ermənistan hibrid müharibəyə keçir"  -

Ermənistan öz arsenalında olan ağ fosforlu silahlardan geniş şəkildə istifadə etməyə başlayıb. Halbuki ağ fosfor tərkibli mərmilərdən istifadə etməsi onun qoşulduğu beynəlxalq konvensiyalara ziddir.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan tərəfindən gətirilmiş muzdlulardan da danışıb. Deyib ki, Ermənistan öz ənənələrinə sadiq qalaraq, işğal olunmuş ərazilərimizdə muzdluların yerləşdirilməsi və onlardan Silahlı Qüvvələrimizə qarşı istifadə olunması istiqamətində fəaliyyətini davam etdirir.

Hikmət Hacıyev döyüş meydanında uğursuzluqla üzləşən Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olduğunu da bildirib. Qeyd edib ki, bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur.

Brifinqdə çıxış edən Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov Ermənistanın dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istədiyini bildirib. Deyib ki, ötən müddət ərzində Ermənistanın Berd, Çəmbərək və Qafan rayonlarından Azərbaycanın Tovuz, Qubadlı və Cəbrayıldakı bölmələri atəşə tutulub. Bundan başqa, yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastruktur da artilleriya atəşinə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək geri çəkilməyə məcbur edilir",- deyə Anar Eyvazov vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar