Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistan ordusunun Tərtərə atdığı fosforlu mərmilər zərərsizləşdirilib - VİDEO

Veb TV | 398 | 21:25 • 3 Noyabr 2020
Ermənistan ordusunun Tərtərə atdığı fosforlu mərmilər zərərsizləşdirilib -

Düşmən mülki əhalimizi qorxutmaq və ya təxribat törətmək üçün əlindən gələni edir. Bu dəfə Ermənistan ordusu Tərtərə fosforlu mərmilər atıb.

Xezerxeber.az-ın məlumatına görə, düşmənin atdığı 2 top mərmisi Tərtərin Səhləbad kəndinin boş ərazisinə düşüb, amma mərmilər partlamayıb.

ANAMA-nın əməkdaşları mərmilər ətrafında qazıntı işləri aparandan sonra fosforlu olduğu müəyyən edilib və ərazidən insanlar uzaqlaşdırılıb. Sonra isə xüsusi əməliyyatla mərmilər zərərsizləşdirilib.

ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov bildirib ki, aşkarlanmış partlamamış mərmilərin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021