Xəzər Xəbər

Ermənistan KTMT-dən çıxarılmalıdır - VİDEO

Veb TV | 19:52 • 9 Oktyabr 2020
Ermənistan KTMT-dən çıxarılmalıdır -

Azərbaycanın erməni təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hadisələrə qarışmaq üçün heç bir hüquqi əsas vermir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov deyib.

Milli Məclisdə keçirilən brifinqdə danışan Nizami Səfərov Ermənistanın indiyə qədər törətdiyi saysız-hesabsız müharibə cinayətlərinə görə hesab verməli olduğunu vurğulayıb.

Nizami Səfərov Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan qoşunlarının dinc əhalini və mülki infrastrukturu hədəf aldığını söyləyib. O, Gəncəyə və Mingəçevirə atılan raketlərin bunun sübutu olduğunu deyib.

Deputat, Ermənistan ordusunun raket hücumları zamanı beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq kasetli bombalardan istifadə etdiyini qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar