Xəzər Xəbər

Koronavirusa yoluxma halları artır - VİDEO

Veb TV | 19:43 • 9 Oktyabr 2020
Koronavirusa yoluxma halları artır -

Son günlər cəbhədə tarix yazan əsgərlərimizin qələbə qazanması, işğaldan azad olunan torpaqlara sancılan bayraqlar vətəndaşlarımızın sevincinə səbəb olub. Bu da öz növbəsində koronovirus təhlükəsini insanların nəzərində ikinci plana atıb. Mütəxəssislər indiki vəziyyətdə vətəndaşlara diqqətli olmağı məsləhət görürlər. 

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, koronavirus pandemiyası ilə mübarizə davam edir.

Belə məqamlarda həssas davranmağın vacib olduğunu vurğulayan Vasif Əliyev yoluxmalara imkan yaratmağın yolverilməz olduğunu deyib: "Belə halda biz eyni cəbhədə iki düşmənlə mübarizə aparmalı olacağıq".

Qeyd edək ki, tibbi maskadan istifadəni unutmamalı, sosial məsafə saxlamalı və dezinfeksiya qaydalarına mütləq əməl etməliyik. Əks halda, bizim üçün ön cəbhədə vuruşan əsgərin ailəsini, sevdiklərini də yoluxdura bilərik ki, bunu da heç birimiz istəmirik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti