Xəzər Xəbər

Prezidentə dəstək məktubları gəlməkdə davam edir VİDEO

Veb TV | 20:21 • 1 Oktyabr 2020
Prezidentə dəstək məktubları gəlməkdə davam edir

''Düşmən təxribatına əks hücumla cavab verilməsi haqqında ali əmrinizi dəstəkləyirəm. Gün olsun ki, xalqımıza qələbə müjdəsi verəsiniz. Xalq sizi alqışlayır, sevincdən gözlərimiz dolub''. Bu sözlər Azərbaycanın dörd bir yanından, hətta dünyanın müxtəlif ölkələrindən Ali Baş Komandan, Prezident İlham Əliyevə yazılan məktublardan birində yer alır. Vətəndaşlarımızişğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyəgörə dövlət başçısına təşəkkür edirlər.

''Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığınız qətiyyətli siyasətə görəsizə öz adımızdan və ailələrimiz adından minnətdarlığımızı bildiririk. Ən böyük arzumuz Qarabağın azad edilməsidir. Sizə və ordumuza bu yolda uğurlar arzulayırıq. İnşallah Sizin və ordumuzun sayəsində qələbə bizimlə olacaq''. Bu inamlıvə qətiyyətli sözlər Şəkidən Prezident İlham Əliyevə ünvanlanan dəstək məktublarından birində yazılıb

Vətəndaşlar məktublarında ordumuzun cəbhədəki uğurlarına görə dövlət başçısı ilə sevinclərini bölüşürordumuza, prezidentimizə inandıqlarını bildirirlər. Belə məktublardan birinidə paytaxdan Niyaz Cəlilov və Ərəstun Yusibov yazıb.

Dövlət başçısına İmişlidən məktub yazan Rüstəm Qüdrətov isə döyüşə hazır olduğunu bilririr

Prezidentə ünvanlanan məktublar təkcə Azərbaycandan və Azərbaycan vətəndaşlarından gəlmir. Türkiyənin müxtəlif şəhərlərindən də dövlət başçısına dəstək məktubları yazırlar. Kayseri şəhərindən məktub göndərən Saraç Mustafa kimi.

Prezidentə ünvanlanan digərməktublarda da minnətdarlıq, sevinc, qürur dolu fikirlər yer alır.

Xəbər lenti