Xəzər Xəbər

ABŞ-da yaşayan azərbaycanlı poçtalyonluq edir VİDEO

Veb TV | 19:47 • 17 Sentyabr 2020
ABŞ-da yaşayan azərbaycanlı poçtalyonluq edir

Amerikada yaşan azərbaycanlı poçtalyon. O azərbaycanlı ki, 8 ilə yaxındır Birləşmiş Ştatlarda yaşasa daürəyi daim vətən sevgisi ilə döyünür. Yaşadığı şəhərdə, işlədiyi ofisdə Azərbaycanın tanıdılması üçün əlindən gələni edir. Poçtalyon Səbuhi Mehdiyev əcnəbilərlə yanaşı tez-tez azərbaycanlıların da qonağı olur.

ABŞ-ın Boston şəhərində dövlət poçt idarəsi binasının önündəyik. Bu binada artıq amerikalıların sevimlisinə çevrilmiş bir azərbaycanlı paçtalyon çalışır. Onun sorağı ilə bura gəldik və gəlin onu bərabər tanıyaq.

İllərdir ki, poçt xidmətinin aktiv şəkildə istifadə olunduğu ABŞ-da elə bir ailə yoxdur ki, poçtalyon yolu gözləməsin. Amerikalıların hər gün səbirsizliklə gözlədiyi poçtalyonlardan biri də, ABŞ-da yaşayan azərbaycanlı Səbuhi Mehdiyevdir. Artıq üç ildir ki, ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərinin poçt ofisində işləyən həmyerlimiz deyir ki, poçtalyon olmağatəsadüf nəticəsində qərar verib.

Səbuhi Mehdiyevin gündəlik işi məktubları və bağlamaları qurplaşdıraraq poçt maşınlarına yükləmək, gün ərzində evlərə, ofislərəçatdırmaqdır. Həmyerlimiz deyir ki, poçtalyon kimi getdiyi evlərdə maraqlı hadisələrlərlə də qarşılaşır.

Həmyerlimiz işlədiyi ofisdə amerikalıları Azərbaucan haqqında da məlumatlandırır. Deyir ki, istər ölkəmiz, istərsə də adət-ənənələrimiz barədə amerikalılarla mütəmadi söhbət edir.

Həmyerlimiz deyir ki, Vətəndən uzaqda olasa da övladlarını Azərbacan sevgisiylə böyüdür. Daim uşaqlarına ölkəmizin milli-mənəvəi dəyərləri,zəngin tarixi barədə məlumatlar verən Səbuhi Mehdiyevin məqsədi ölkəmizin daha yaxşı təbliği və Azərbaycan həqiqətləri barədə amerika ictimətini geniş məlumatlandırmaqdır.

Xəbər lenti