Xəzər Xəbər

“Virtual məktəb”də qeydiyyat sabahdan mümkün olacaq VİDEO

Veb TV | 20:39 • 14 Sentyabr 2020
“Virtual məktəb”də qeydiyyat sabahdan mümkün olacaq

Yeni tədris ilindən "virtual məktəb" platforması ilə bağlı yeni "qaynar xətt" istifadəyə verilir. Şagirdlər onlayn dərslər zamanı yaşanan bütün problemlərlə bağlı bura müraciət edə biləcəklər. Yeni tədris ili ilə bağlı ''virtual məktəb'' platformasında profilaktik işlər aparıldığından bir neçə gün idi ki, qeydiyyat dayandırılmışdı. Platformada bir sıra dəyişikliklər edilib və yenilənmiş sistem sabahdan etibarən aktiv olacaq.

Sabahdan yeni tədris ilinə başlayacaq məktəblilər müəyyən problemlərlə qarşılaşıblar. Bəziləri onlayn dərslərdə iştirak etmək üçün "Virtual məktəb" platformasında qeydiyyatdan keçə bilmir, bəziləri isə sistemdə sinif pillələrinin 1 mərtəbə yuxarı qalxmamasından narahatdır.

Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova deyir ki, narahatlığa heç bir əsas yoxdur. "Virtual Məktəb" platformasında yeni tədris ili ilə bağlı profilaktik işlər aparıldığından qeydiyyat prosesi 5 günlük dayandırılmışdı. Yenilənmiş sistem sabahdan etibarənaktiv olacaq.

Sinif pillələrinin 1 mərtəbə yuxarı qaldırılmasına gəlincə, qurum rəsmisi bildirib ki, sistem yenilənən zaman bu məsəslə də öz həllini tapıb. Bundan sonrakı proses isə məktəb direktorları tərəfindən reallaşdırılmalıdır.

Fidan Nəcəfovanın sözlərinə görə, bundan sonra online dərslər zamanı yaşanancaq bütün problemlər daha tez həllini tapacaq. Çünki, "Virtual məktəb"lə bağlı yeni "Qaynar xətt" istifadəyə veriləcək.

Qeyd edək ki, yeni tədris ilindən etibarən "Virtual məktəb"də qeydiyyatdan keçən direktorlarrəhbərlik etdikləri təhsil müəssisəsində istənilən müəllimin online dərsinə qoşulub, bütün dərs prosesini izləyə bilər.

Xəbər lenti