Xəzər Xəbər

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlandı VİDEO

Veb TV | 21:31 • 12 İyun 2020
Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlandı

Bu gün Nazirlər Kobineti yanında Operativ Qərərgahın növbəti mətbuat konfransı keçirilib. Həftə sonu bəzi şəhər və rayonlarda tətbiq ediləcək qadağalarla bağlı ictimaiyyətə məlumatlar verilib.

Azərbaycanda bu gün daha 336 nəfərdə koronavirus aşkar edilib. Bu barədə məlumatı Nazirlər Kobineti yanında Operativ qərərgahın mətbuat konfransında TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, 183 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunacağı 14 və 15 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət tam dayandırılacaq. Bütün ictimai yerlər də bağlanacaq. Vasif Əliyev həftə sonları xüsusi karantin rejiminin tətbiqində məqsədin təması azaldaraq yoluxmanın səviyyəsini düşürmək olduğunu deyib. O,koronavirusa yoluxan və bunu gizlədən insanların da oluğunu da qeyd edib.

İndiyə kimi koronavirusa yoluxan 10-a yaxın tibb işçisi vəfat edib. Daha çox yoluxma orta və kiçik tibb işçiləri arasında qeydə alınıb. Bəzi kütləvi informasiya vasitələrində ötən gün dünyasını dəyişən xalq artisti Teymur Mustafayevin koronavirusdan ölmədiyini yazsa da Vasif Əliyev bunun yalan informasiya olduğunu dedi. O, xalq artistinin sözügedən xəstəlikdən öldüyünü təsdiq etdi.

Xüsusi karantin günlərində tibbi çatırışla bağlı "103"ə düşə bilməyənlər ASAN xidmətin 108 Çağrı Mərkəzinə zəng edə bilərlər. Bunu mətbuat konfransinda iştrak edən Asan xidmətin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, həmin günlərdə 108 Çağrı Mərkəzi 24 saat ərzində fəaliyyət göstərəcək.

Bundan əlavə təcili yardımın, kommunal xidmətlərin işıq, su, qaz, lift xidmətləriqaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108-ə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər. Ötən həftədən fərqli olaraq bu həftə apteklərin fəaliyyətinə icazə verilir. Ülvi Mehdiyev bildirib ki, apteklər əməkdaşları barədə məlumatı ''icaze.e-gov.az'' portalına daxil etdikdən sonra fəaliyyət göstərə biləcəklər. ''Lakin apteklər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilər. Yəni apteklər reseptli yox, reseptsiz dərmanların zəruri hallarda evlərə çatdırılmasını həyata keçirəcəklər''.

''Bakıda hər gün dezinfeksiya işlərinə 2 mindən çox insan cəlb olunur". Bu məlumatı isə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib. O, deyib ki, İcra Hakimiyyətinin balansında 11 min 435 bina var, bu binaların liftləri də həftədə iki dəfə dezinfeksiya edilir. Dizenfeksiya üçün tək xlordan istifadə edilmir. Yollarda və liftlərdə fərqli dezinnfeksiya maddələrindən istifadə olunur.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunacağı 14 və 15 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi postlarla bərabər, mobil postlar da fəaliyyət göstərəcək. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib ki, icazəsi olan şəxslərdən başqa, digər şəxslər evlərini tərk etməsinlər.

Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının mərkəzində və kəndlərində də sərt karantin rejimi tətbiq olunacaq. Kamran Əliyev adıçəkilən rayonlardan tranzit keçənlərə qadağanın tətbiq edilməyəcəyini də bildirdi.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024