Xəzər Xəbər

Hazırda ölkəmizdə maska qıtlığı yoxdur VİDEO

Veb TV | 20:32 • 12 İyun 2020
Hazırda ölkəmizdə maska qıtlığı yoxdur

Hazırda ölkəmizdə maska qıtlığı yoxdur. Bakı və bütün regionlarda apteklər gündəlik lazım olan qədər maska ilə təmin olunur. Sumqayıt Kimya Sənaye Parkında yerləşən, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan müəssisədəhazırda 2 növ tibbi maska istehsal edilir. Bura gündəlik 350 min ədəd maska istehsal etmək gücünə malikdir. Hətta ölkə xaricindən sifarişlər də var, lakin müəssisə hələki gücünü daxili təlabatı ödəməyə yönəldib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında yerləşən tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

İnvestisiya dəyəri 3,9 milyon manat təşkil edən layihənin reallaşdırılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verilib. Tibbi maskaların qablaşdırılması üçün qutular Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə istehsal edilir. Maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.

Burada istehsal olunan maskalar əsasən daxili bazarda satışa çıxarılır. Artıq 2,2 milyon ədəd maska aptek şəbəkələri vaistəsilə satışa çıxarılıb. Hazırda müəssisədə 2 növ - adi və baktereloji növ tibbi maska istehsal edilir. Müəssisədə 50-dən çox yeni iş yeri yaradılıb.

İstehsal prosesi üç növbəlidir. Müəssisə gündəlik 350 min ədəd maska istehsal etmək gücünə malikdir. Hətta ölkə xaricindən sifarişlər də var, lakin müəssisə hələki daxili təlabatı ödəmək üçün yönləndirilib.

Gələcəkdə tibbi maska növlərinin artırılması və digər tibbi məhsulların da istehsalı nəzərdə tutulur. Xatırladaq ki, müəssisə Prezident İlham Əliyevin iştirakı ilə aprel ayının 6-dan fəaliyyətə başlayıb.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024