Xəzər Xəbər

Əsəd qüvvələrinin iyrənc əməlləri ÜZƏ ÇIXDI: məzarları dağıdaraq... - VİDEO

Veb TV | 17:39 • 9 Fevral 2020
Əsəd qüvvələrinin iyrənc əməlləri ÜZƏ ÇIXDI:

Suriyanın İdlib vilayətində Əsəd qüvvələrinin mülki insanları qorxutmaq və geri dönmələrinin qarşısını almaq üçün amansız üsullara əl atmağa davam edir.

Suriyada Rusiya və İranın dəstəyi ilə milyonlarla insanı evlərindən didərgin salan Bəşər Əsəd rejiminin qəbiristanlıqları dağıdan görüntüləri üzə çıxıb.

Bəşər Əsədə bağlı "Şebbiha” xüsusi təyinatlıları qəbiritsanlıqda törətdikləri əməllərin fotolarını sosial mediada paylaşıb.

Bir qəbir daşı üzərində "Şebbiha”lar tərəfindən yazılan bu fikir diqqət çəkib: "Baxın, söz vermişdim ki, məzarınıza gələcəm. Sözümə əməl edib, gəldim. Məzar daşlarınızı dağıtdıq, indi sıra sümüklərinizdədir”./publika.az

Xəbər lenti