Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Siyahıyaalmanın emalı 1 il davam edəcək VİDEO

Veb TV | 442 | 20:33, 22 Yanvar
Siyahıyaalmanın emalı 1 il davam edəcək

Siyahıyaalmanın emalı 1 il davam edəcək. Bunu Dövlət statistika komitəsinin sədri Tahir Budaqov deyib. O bildirib ki, əhalinin bir qisminin siyahıyaalmadan kənarda qalması normaldır. İlin sonuna kimi kənarda qalan şəxslərin müraciətləri əsasında onların da siyahıya alınması təmin edilib.

Əhalinin bir qisminin siyahıyaalmadan kənarda qalması normaldır…

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. O bildirib ki, bu il əhalinin siyahıya alınması zamanı ənənəvi üsullarla yanaşı, inzibati üsullardan da istifadə edilib. Bu siyahıyaalma zamanı ölkədə ilk dəfə təsərrüfat başına uçot kitablarından da istifadə olunub.

Siyahıyaalma ilə bağlı məlumatların emalı 1 il davam edəcək.

Materialların bazaya yerləşdirilməsi ilin sonuna kimi yekunlaşdırılacaq. Sonra isə müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınması başlanacaq. Bu proses də 1 il davam edəcək. Siyahıyaalmanın nəticələrini özündə əks etdirən təxminən 30 cilddən ibarət məcmuə nəşri ilə prosesə son qoyulacaq.

Çox oxunanlar