Xəzər Xəbər

Türkiyədə DƏHŞƏTLİ HADİSƏ: 8-i uşaq olmaqla 12 nəfər öldü - VİDEO

Veb TV | 10:16 • 12 Yanvar 2020
Türkiyədə DƏHŞƏTLİ HADİSƏ:

Türkiyənin İzmir şəhəri sahillərinə qayığın batması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Ölənlərin 8-i uşaqdır.

Yerli mənbələr xəbər verir ki, xilasedicilər 8 nəfəri son anda boğulmaqdan xilas edə biliblər. Məlumata görə, axşam saatlarında sakinlər sahildən bir neçə metr məsafədə qışqırıq səsləri eşidiblər. Dərhal əraziyə polis və xilasedicilər cəlb ediliblər.

Qayıqdakı sərnşinlərin qaçqınlar olduğu bildirilir. Onların hansı ölkə vətəndaşları olduğu araşdırılır. Ehtimal edilir ki, qəzaya qayığın nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024