Xəzər Xəbər

Fiziki məhdudiyyət əngəl deyil - 15 ildir qazancını bu peşədən çıxarır - VİDEO

Veb TV | 20:30 • 29 Dekabr 2019
Fiziki məhdudiyyət əngəl deyil -

Fiziki məhdudiyyət əngəl deyil. Növbəti süjetimizin qəhrəmanı bu ifadənin quru bir şüar olmadığını sübut edənlərdəndir. Tovuz rayon sakini eşitmə və nitq qüsurlu olsa da, işsiz-gücsüz oturub başqalarından gələcək yardıma göz dikmir. O, dərzilik peşəsinə yiyələnib və 15 ildir qazancını bu peşədən çıxarır.

Eşitmə və nitq qüsurludur. Buna baxmayaraq, 15 ildir dərzilik sənəti ilə məşğuldur. Özünəməxsus tikiş və dizayn üsulları ilə müxtəlif geyim və örtüklər tikən Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini 57 yaşlı Fərhad Məmmədov öz işini olduqca səliqəli və zərgər dəqiqliyi ilə görür.

Süjetimizin qəhrəmanı zəhməthaqqı olaraq müştərilərindən konkret məbləğ tələb etmir, hər kəs imkanına uyğun olaraq ödəniş edir. Hərbçi və polislərdən isə ümumiyyətlə xidməthaqqı almır. Əksər dərzilərin bir saata gördüyü işi Fərhad usta 15 dəqiqəyə bitirir. Bir sözlə, balaca iş otağında böyük işlər görür.

Hamı ilə səmimi münasibət quran dərzi müştərilərinin rəğbət və etimadını da qazanıb.

Fərhad usta deyir ki, sağlamlığı imkan verdiyi müddətcə sənətini davam etdirəcək. Özü kimi eşitmə və nitq qüsurlu olanları da müxtəlif sənətlərlə məşğul olmağa səsləyir... İndi onun ən böyük arzusu özü kimi bir gəncə bu sənətin sirlərini öyrətməkdir...

Xəbər lenti

Çox oxunanlar