Xəzər Xəbər

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə və kreditiniz olubsa... - VİDEO

Veb TV | 19:55 • 29 Dekabr 2019
Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR:

Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. Müşahidələr göstərir ki, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq. Iqtisatçı ekspert Vuqar Bayramovun sözlərinə görə, mənzillərin satılması qaydalarında elə şərtlər var ki, bu şərtlər bəzi vətəndaşlar üçün bir sıra çətinliklər yarada bilər. Iqtisatçı ekspert bununla bağlı bəzi təkliflər verib.

Kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr və qismən orta təbəqə üçün, bir sıra çətinliklər yarada bilər. Məslən şərtlərdən birinə əsasən müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.

İqtisatçı ekspert Vuqar Baramovun sözlərinə görə, 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşların çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat öhdəliklərinin artması əsas problem idi. Problemli kreditlərə güzəştlər tətbiq olunmasından sonra sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan hesab edilmir. Gəlcəkdə bir sıra çətinliklərin yaranmaması üçün Vuqar Bayramlı müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilməsini təklif edir.

Digər Şərtlərə əsasən ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək. Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləgi kifayət qədər böyük olur.

Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, hər iki qrupda xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. belə çıxır ki, ailəli vətəndaşlar üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır.Vuqar Bayramovun sözlərinə görə,başqa bir çətinlik isə məhkumluğu olan vətəndaşların müraciət edə bilməməsi ilə bağlıdır.Təklif edilir ki, bu məhdudiyyət tələbləri də aradan qaldırılsın.

Xəbər lenti