Xəzər Xəbər

Mahsun Kırmızıgülün QALA GECƏSİNDƏ İZDİHAM - VİDEO

Veb TV | 13:53 • 12 Dekabr 2019
Mahsun Kırmızıgülün

"Mucize2: Aşk” filminin premyerası üçün doğulub böyüdüyü Diyarbəkirə gedən Mahsun Kırmızıgül böyük izdihamla qarşılaşıb.

Türkiyə mətbuatı xəbər verir ki, ticarət mərkəzində baş tutan tədbirdə aktyorun pərəstişkarı səhnəyə çıxaraq onu parodiya edib.

Mahsun Kırmızıgül tədbirdə jurnalistlərin "Musiqiyə geri qayıdacaqsınızmı?” sualına cavab verməyib, o, " "Mucize2: Aşk”dan savayı heç bir mövzuda danışmaq istəmirəm” deməklə kifayətlənib.

Aktyor rejissorluğunu etdiyi ikinci filmini müəllimlərə həsr etdiyini vurğulayıb. Diyarbəkirlə bağlı xatirələrini bölüşən məşhur, nostalji hisslərə qapıldığını bildirib:

"Bu film müəyyən mənada müəllimlərə həsr olunub. Ailəmizdən sonra bizi həyata hazırlayan, çətinliklərin öhdəsindən gəlməyə kömək edən, ayaqda qalmağı öyrədən müəllimlərimizdir. Bir çox müəllimim həyatda deyil. Bu gün bu şəhərə gəldiyim zaman gözlərim doldu. Uzun müddət sonra gələndə, xatirələr canlanır. Məni o kədərləndirir ki, doğulub böyüdüyüm məhəllə dağılıb. Sadəcə həyətində namaz qıldığım iki məscid qalıb. Bu məscidlərdə Quran kursuna getmişdim, orada böyümüşəm”.

publika.az

Xəbər lenti