Xəzər Xəbər

Bakı, Abşeron və Qubada oğurluq hadisələri törədilib, saxlanılanlar var - VİDEO

Veb TV | 17:46 • 5 Dekabr 2019
Bakı, Abşeron və Qubada oğurluq hadisələri törədilib, saxlanılanlar var -

Qubanın Zizik kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.


Xezerxeber.az-ın məlumatına görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.


Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.


Bakı və Abşeronda isə silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb. Məlum olub ki,Vidadi Piriyev oğurluq etdiyi mağazaya dəfələrlə daxil olub. Əlinə nə keçibsə apararaq dəyər-dəyməzə satıb. 24 yaşlı Vidadi Piriyevi Abşeron polisi tutub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024